Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb

Milli Vəhdət Partiyasının sabiq sədri, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun prezidentliyə namizədliyi irəli sürülüb.

“İNFONEWS” -ün xəbərinə görə, Yunus Oğuz açıqlamasında bildirib ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb, hazırda Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün müvafiq sənədlər hazırlanır.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir