AFFA – dan bu futbolçulara qarşı sərt CƏZALANDIRMA
AFFA İntizam Komitəsi “Turan-Tovuz-2” komandasının futbolçusu Budaq Nəsirov və qapıçısı Elxan Qasımovu sərt cəzalandırıb.
“İNFONEWS” xəbər verir ki, buna oyunçuların Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb olub.
Komanda yoldaşlarını vuran futbolçular birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər.
Tovuz təmsilçisi isə buna görə 600 manat cərimələnib.