“BİZ DƏ ONA ÖZÜMÜZ QƏDƏR İNANIRIQ!” – Arzu MƏMMƏDOVA
“İNFONEWS” təqdim edir:
Ulu öndər Heydər Əliyevin “MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM” sözlərini gördüyü misilsiz işlərlə təsdiq edən PREZİDENT
Ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini gördüyü misilsiz işlərlə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir inkişaf mərhələsinin bünövrəsini qoydu.
Müasir Azərbaycan tarixinin Zəfər salnaməsini yeni səhifədən yazan Fateh!
Bir çağırışı ilə bütün xalqı ətrafında toplayıb, “Dəmir yumruq”da birləşdirib, düşməni məhv edən, hazırda isə üzündə qələbə sevinci və qəlbində inamla Qarabağı cənnət məkana çevirməyə başlayan Sərkərdə!
Ölkəmizi bütün sahələr üzrə inkişafını durmadan irəlilədən, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli Lider!
Hakimiyyətə Azərbaycan gəncliyinin lideri və Ulu Öndərin siyasi varisi kimi gələn İlham Əliyev hər birimizin, eləcə də xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın tək lideri, dünya siyasətçilərinə meydan oxuyan və tanınmış dövlət xadimləri sırasında yer alan “Mənim Prezidentim” qürurunu bizə yaşadan Prezident!
Bəli, qürurluyuq!
Rəqiblərinin, xüsusilə də üzdəniraq mənfur düşmənlərimizin maneələrinə, durmadan yaratdıqları fitnə-fəsadlara baxmayaraq, bu gün Azərbaycan güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlərə imza atır. Gündən-günə gözəlləşən, inkişaf edən, müasirliyi bir tərəfdən, milli dəyərlərimizi özündə ehtiha etməsi digər tərəfdən və ən əsası isə, siyasi sabitliyini, xalqımızın firavanlığını qoruyub saxlamasına var-gücü ilə çalışan Vətən oğlu!
7 fevral 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində hər bir azərbaycanlı kimi biz də xalqın müzəffər sərkərdəsinə, qalib xalqın qalib liderinə – İlham Əliyevə səs verəcəyik.
Arzu MƏMMƏDOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 Kitabxanasının müdiri