Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətil keçirir.
“İNFONEWS” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
80 şəhərdə avtobusların, tramvayların və metroların hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, tətilə “Vereinte Dienstleistungsgewerkschaft” həmkarlar ittifaqı çağırıb. Assosiasiya 130 nəqliyyat müəssisəsinin işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını və əməkhaqqının artırılmasını tələb edir. Yalnız bir federal torpaqda – Bavariyada tətillər keçirilmir.