Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3086 yeni yoluxma faktı qeydə alınıb, 1781 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10190, bu günə qədər isə ümumilikdə
1847191 test nümunəsi götürülüb.