Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində dağıntılarla tanış olublar

Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində dağıntılarla tanış olublar 

“İNFONEWS” xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərinə gəliblər.

Diplomatik korpus nümayəndələri Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olublar.

Bundan sonra diplomatik korpus nümayəndələri Xudafərin körpüsü istiqamətində yola düşəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir