Bu ilin yanvar-mart aylarında Azərbaycan 2 min 876 ton süd və qaymaq idxal edib.
“İNFONEWS” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 6 milyon 381 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 56 ton (1,9 %) azdır, dəyər baxımından isə 2 milyon 244 min ABŞ dollar (54,2 %) çoxdur.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.