Türkiyədə helikopter qəzası baş verib, iki pilot ölüb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava limanına uçan helikopter Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterdə olan 2 pilot vəfat edib, texniki işçi isə yaralanıb.
Nazir əlavə edib ki, Vahid Hava Əməliyyatları Mərkəzi helikopterlə son dəfə yerli vaxtla saat 22.49-da əlaqə saxlayıb.