2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində Demokratik partiyadan namizəd olmaq istəyən ABŞ-nin hazırki lideri Cozef Bayden Cənubi Karolina ştatında keçirilən praymerizdə inamlı qələbə qazanıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Səslərin ilkin hesablanmasının nəticələrinə görə, seçicilərin 97%-i Baydenə səs verib.
Onun rəqibləri – konqresmen Din Fillips və yazıçı Mariann Villiamson 2%-lik həddi aşa bilməyiblər.
Xatırladaq ki, Bayden yanvarda Nyu-Hempşirdə keçirilən praymerizdə də qalib gəlmişdi.