İstefa verən hansı ölkənin XİN rəhbəridir?

İstefa verən hansı ölkənin XİN rəhbəridir?

“İNFONEWS” “Azvision.az” -a istinadən xəbər verir.

Mavrikinin xarici işlər naziri Nandkumar Bodha istefa verib.
Bu barədə “TASS” yerli mətbuata istinadla məlumat yayıb.

Nandkumar Bodha həm nazir postundan, həm də bütün strukturlardan, hakimiyyət partiyasından istefa verib.

O, ideallarına və prinsiplərinə cavab verməyən partiyanın siyasətindən məyus olduğunu deyib.

Məlumata görə, bu addım ölkədə məmurların da əlaqəsi ola biləcəyi korrupsiya ilə bağlı işin araşdırılması fonunda atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir