Rusiyada keçirilən seçkilərin nəticələrinin tanınmaması tələbini Avropa Parlamenti üzvlərinin 10%-dən az hissəsi dəstəkləyib.
“İNFONEWS” xəbər verir ki, müvafiq təşəbbüslə estoniyalı deputat Riho Terras çıxış edib.
Terrasın müraciətini Estoniya, Bolqarıstan, İspaniya, Hollandiya, İtaliya, Litva, Latviya, Polşa, İsveç, Rumıniya, Slovakiya, Finlandiya, Danimarka, Çexiya və Macarıstandan olan deputatlar, ümumilikdə 29 nəfər imzalayıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.