Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Çili prezidenti Qabriel Boriç məlumat verib.
“Bu günə qədər Valparaiso bölgəsində tibb xidməti yanğınlar nəticəsində 40 nəfərin öldüyünü və daha 6 nəfərin aldığı yanıq xəsarətlərindən xəstəxanalarda vəfat etdiyini təsdiqləyib”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, yanğınların xüsusiyyətlərini nəzərə alaraq, yaxın saatlarda faciə qurbanlarının sayının artacağı ehtimalı var.