“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.
“İNFONEWS” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, ASA-nın təsisçilərinin növbəti iclası keçirilib. İclasda ləğv edilmiş “Azərsığorta” ASC-nin nümayəndəsi “Meqa Sığorta” ASC-nin nümayəndəsi ilə əvəz edilib. Şuranın yeni üzvünün namizədliyini bütün təsisçilər dəstəkləyib.
Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.