“Azərbaycan Beynəlxalq Bankı”na məxsus iki əmlak özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sərəncamındakı daşınmaz əmlakların satışı üzrə hərrac keçirib.

Bu barədə “İNFONEWS” -a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərraca Banka məxsus bir qeyri-yaşayış binası və 7,2 sot torpaq sahəsi çıxarılıb. Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 29 A ünvanında yerləşən qeyri-yaşayış binası 27 445 manata özəlləşdirilib. Şəki şəhəri, Mirzə Fətəli Axundov prospektində yerləşən torpaq sahəsi isə başlanğıc qiyməti 46 500 manat olsa da, 91 000 manata satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir