17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq.
“İNFONEWS” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesi çərçivəsində beynəlxalq turnirdə iştirak edəcək.
U-17 fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq.
Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.