Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
“İNFONEWS” xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır.