Onlayn Beynəlxalq Gitara müsabiqəsi yekunlaşıb

Azərbaycanda ilk dəfə uşaq və gənclər arasında keçirilən Onlayn Beynəlxalq Gitara müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 2-5 fevral 2021-ci il tarixlərində baş tutub.

 

İnfoNews xəbər verir ki, müsabiqənin əsas məqsədi uşaq və gənclərin klassik və müasir gitara musiqi istiqamətlərinə diqqətinin artırılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması, istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarət olub.

 

Müsabiqədə iştirak üçün Azərbaycan ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistanı təmsil edən məktəblilər, dərnək üzvləri, musiqiçilər daxil olmaqla 9-17 yaş aralığnda 4 nominasiya üzrə 100 uşaq və gənc qeydiyyatdan keçib.

 

Müsabiqənin beynəlxalq münsiflər heyətində tanınmış gitara ifaçıları Fuat Cəfərov (Azərbaycan), Araz Hümbətli (Azərbaycan), Kopteev Aleksey (Rusiya), Afanasyev Aleksander (Rusiya), Aleksandr Golenastov (Belarusiya), Ruslan Ostapenko (Kazaxıstan) və Vitaliy Litvinov (Türkmənistan) təmsil olunublar.

 

Müsabiqənin final mərhələsi sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan ifalar üzrə 100 iştirakçıdan 19 nəfəri seçilərək klassik gitara, xalq musiqisi (flamenko, istənilən milli janr), elektrik gitara (rok, bluz), caz, fyüjn nominasiyalarının I, II, III və həvəsləndirici yerləri üzrə onlayn qiymətləndirilməsi aparılıb və qaliblər müəyyənləşdirilib. Qaliblər diplom, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir