Kiyevdə Türkiyəyə məxsus Baykar zavodunda iki ölkə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcəklər.
“İNFONEWS” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar deyib.
O bildirib ki, Baykar şirkəti Ukrayna üçün strateji əhəmiyyətə malikdir: “Təkcə satınalmalar deyil, həm də ortaq istehsal məsələsi gündəmdədir. Ortaq istehsal məhsulları həm Ukraynanın, həm də Türkiyənin müdafiəsinə dəstək olacaq. Sonra həmin məhsullar üçüncü ölkələrə çatdırılacaq”.
Qeyd edək ki, daha əvvəl Ukraynada Bayraktar PUA-ları istehsal edən Baykar zavodunun tikilməsi barədə məlumat verilmişdi.