Azərbaycanın daha üç cüdoçusu Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.
“İNFONEWS” Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Camal Qamzatxanov (+100 kq), Ramilə Əliyev və Şəfəq Həmidova (hər ikisi 48 kq) da tatamiyə çıxacaqlar.
Daha əvvəl 33 idmançının adı siyahıya daxil edilib.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 64 ölkənin yarışda iştirakı təsdiqlənib.