Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təssərüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb.
ANAMA-dan “İNFONEWS” a verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib.
Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.