BAMF: “Seçici fəallığı azad olunmuş ərazilərdə özünü daha aydın göstərib”

Məcburi köçkün qəsəbələrində, işğaldan azad edilmiş ərazilərdə yerləşən məntəqələrdə müşahidə olunan seçici fəallığı xüsusilə özünü göstərib və müşahidəçilərin qeydləri arasında öz əksini tapıb.

“İNFONEWS”  xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev seçkilərin müşahidəsini aparan missiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki seçkilərdən fərqli olaraq seçicilərin aktivliyi nəzərəçarpacaq dərəcədə yüksək olub: “İlk dəqiqələrdən etibarən açılışında iştirak etdiyimiz 38 məntəqənin hər birində izdiham müşahidə olunub. Səhər saatlarından başlayan bu izdiham ən az 2-2,5 saat müddətində davam edib. Hətta bəzi məntəqələrdə seçicilərin sıxlığı 5-6 saatdan çox çəkib. Müşahidələr onu göstərir ki, əksər məntəqələrdə 85-90 %-ə qədər seçici fəallığı izlənilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir