Fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ümumi nəticəyə təsir etməyən bir sıra pozuntular nəzərə alınmaqla, əsasən azad, ədalətli və şəffaf keçirilib.
“İNFONEWS” xəbər verir ki, bunu “Sivil Toplum” Monitorinq Koalisiyasının keçirdiyi seçkiləri müşahidə nəticələrinə dair brifinqdə “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli deyib.
O, qeyd edib ki, MSK seçkilərə hazırlıq işlərini vaxtında başa çatdırıb, ümumən seçki komissiyalarının hazırlıq səviyyəsini qənaətbəxş hesab etmək olar:
“Seçki günü səslərin sayılması prosesində müşahidəçilərin müşahidə aparmalarına hər hansı maneə və məhdudiyyət tətbiq edilməyib. Seçki qutusuna əvvəlcədən seçki bülletenlərinin atılması cəhdləri müşahidə edilməyib. Müşahidə qanunvericiliyin tələblərinə uyğun keçirililib. Lakin bəzi seçki məntəqələrində səsvermə kabinəsindən kənarda səsvermə, şəxsiyyət vəsiqələrinin düzgün yoxlanılmaması müşahidə olunub. Müşahidəçilərin iradları yerində məntəqə sədrləri tərəfindən nəzərə alınıb”.