Danimarkanın müdafiə naziri: “Rusiya NATO-ya hücum edə bilər”

Rusiya NATO-ya hücum edə bilər.

“İNFONEWS”  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.

O bildirib ki, Rusiya gözlənildiyindən daha tez silahlanır: “Ona görə də bu dövlət 3-5 il ərzində NATO ölkəsinə hücum edə bilər. Qarşıdakı illərdə Rusiya 5-ci maddənin gücünü və NATO həmrəyliyini sınıya bilər”.

Onun sözlərinə görə, Rusiyanın hərbi texnika istehsalında potensialı çox artıb: “Danimarka üçün birbaşa təhlükə yoxdur. Lakin Alyans NATO üzvü olan ölkələrdən birində vəziyyətin sabitliyini pozmağa yönəlmiş hibrid hücumlarla üzləşə bilər”.

Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl bildirib ki, Alyans 5-8 il ərzində Rusiyanın NATO ölkəsinə qarşı mümkün hücumuna hazırlaşmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir