Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 543 müraciət üzrə 1 011 “Asan İmza” sertifikatı verilib.
Bu barədə “İNFONEWS” a muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, vergi ödəyicilərinə 88 280 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 7 görüş keçirilib, 54 sayda ünvanlı xidmət göstərilib.
Yanvar ayında Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi ümumilikdə 2 265 şəxsi qəbul edib və onlara 3 652 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.