Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 3 149 şəxs qəbul edilib.
Bu barədə “İNFONEWS” a qurumdan məlumat verilib.
Məlumata görə, xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 4 619 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.