Afrika dünyada yayılan vəba xəstəliyinin episentrinə çevrilib.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika regional bürosunun fövqəladə hallar üzrə mütəxəssisi Fiona Braka Cenevrədə keçirdiyi brifinqdə bildirib.
F.Braka 2021-ci ildən bəri bütün dünyada vəba xəstəliyinin artdığını, amma Afrika, xüsusən də onun şərq və cənub hissələrinin bu gün episentr olduğunu söyləyib.
“Bu ilin ilk dörd həftəsində ÜST-nin Afrika bölgəsindəki 10 ölkə 26 mindən çox xəstəliyə yoluxma, 700 ölüm faktı barədə məlumat verib. Bu rəqəmlər 2023-cü ilin eyni dövrü ərzində qeydə alınan rəqəmlərdən təxminən iki dəfə çoxdur”, – F.Braka deyib.
ÜST ilk növbədə Zambiya və Zimbabvedəki vəziyyətdən narahatdır. Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriya da xəstəliyin aktiv yayılması barədə məlumat verib.
“Virusun, xüsusən də bu pik ötürülmə dövründə, digər ölkələrə yayılması riski yüksəkdir”, – F.Braka vurğulayıb. O bildirib ki, Zambiyada 1,7 milyondan çox insan peyvənd olunub, Zimbabvedə isə 2,3 milyon insanın peyvəndlənməsi planlaşdırır.
Keçən həftə Zambiyada xəstəliyin yayılmasının yavaşlamasının ilk əlamətləri görülüb. Diqqəti vəba əleyhinə vaksin çatışmazlığına cəlb edə ÜST-dən bildirilib ki, su təchizatının yaxşılaşdırılması, sanitariya və gigiyena, epidemioloji nəzarətin genişləndirilməsi, eləcə də keyfiyyətli və vaxtında müalicəyə diqqət yetirilməsi lazımdır.