Çexiyada yol qəzasında 10 nəfər xəsarət alıb

Çexiyanın paytaxtı Praqadan 35 km cənub-şərqdə yerləşən Bıstrjiçe şəhəri yaxınlığında 4 avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla, 10 nəfər xəsarət alıb.

“İNFONEWS”  xəbər verir ki, bu barədə Çexiyanın Təcili Tibbi Yardım Xidmətinin mətbuat katibi Mark QıIebrant jurnalistlərə bildirib.

“Qəza nəticəsində 10 nəfər xəsarət alıb, onlardan 7-sinin xəsarəti ağırdır. Yaralılardan 3 uşaqdır, onlar ağır yaralanıb”, – o deyib.

Zərərçəkənlər helikopterlə xəstəxanalara çatdırılıb.

Çexiya polisinin sözçüsü Pavel Truksa qəzanın necə baş verdiyi barədə danışıb. “Görünür, eyni zolaqda olan iki avtomobil toqquşub. Arxa avtomobilin sürücüsü əyləci basmağa vaxt tapmayıb. Onların ardınca gələn digər avtomobil isə qəza törətməmək üçün qarşı zolağa çıxıb və qarşıdan gələn avtomobillə toqquşub”, – Truksa deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir