ABŞ-də helikopter qəzaya uğrayıb, 6 nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

“İNFONEWS”  xəbər verir ki, bu barədə NBC televiziyası ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.

Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir