Mehriban Əliyeva akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib.

“İNFONEWS”   xəbər verir ki, Birinci vitse-prezidentin sosial şəbəkə hesablarında paylaşdığı təbrikində deyilir:

“Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün uzun olsun! Allah bütün valideynləri qorusun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir