Dəniz əməliyyatları bazasının reyestri aparılacaq.
“İNFONEWS” xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti dəniz əməliyyatları bazasının reyestrinin aparılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğlərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.