15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

“İNFONEWS” təqdim edir.

Bütün dünyada 15 Fevral həm Dünya Xərçəng günü, həm də Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir.

Məhz bu gün xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə mənəvi dəstək olmağa çağırış edilir və bu xəstəliklər haqqında əhalinin maariflənməsi istiqamətində bir sıra ciddi tədbirlər görülür.

15 Fevral tarixi dünya ictimaiyyətinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətini bir daha cəlb edərək, onların problemlərinin birgə həllinə yardım göstərilməsinə çalışılır.

Xüsusilə vurğulamaq lazımdır ki, bu xəstəlikdən əziyyət çəkən təkcə uşaqlar deyil, onların əzab-əziyyətinə qatlaşan, davamlı iztirab yaşayan valideynləridir. Və cəmiyyətdə tutduğu vəzifə, statusdan asılı olmayaraq, övladları onkoloji xəstə olan valideynlərin yanında olmaq, hər vasitə ilə onlara dəstəyimizi əsirgəməmək hər birimizin borcudur.

Böyük ürək ağrısı ilə qeyd etməliyik ki, uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəngin növüdür.

Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda altı-yeddi faiz təşkil edir. Böyüklərdə təsadüf edən mədə -bağırsaq, ağciyər, süd vəzi xərçəngi uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.

Bu xəstəliklə mübarizəyə ən böyük dəstəkçilərdən biri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Qeyd edək ki, bu gün dünyada xərçəng xəstəliyinə qalib gəlmiş uşaqların qəhrəmanlığını, həmçinin valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir.

 

 

 

 

 

 

 

Adilə UKALAYEVA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 saylı tələbə poliklinikasının baş həkimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir