Fevralın 21-dən Milli Məclisdə Asiya Parlament Assambleyasının tədbiri keçiriləcək.
“İNFONEWS”-ün xəbərinə görə, toplantı fevralın 24-dək davam edəcək.
Tədbirdə İran, Rusiya, Türkiyə və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.