“Qonaq Teatr” layihəsində – Lənkəran Teatrı “THE MÜQƏSSİR”

“Qonaq Teatr” layihəsində – Lənkəran Teatrı “THE MÜQƏSSİR”

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qonaq Teatr” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı “The Müqəssir” (Əbdürrəhim bəy Haqverdiyev) əsəri ilə Bakıda tamaşaçılar qarşısında çıxış edib.

“İNFONEWS” xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Saleh Əzimzadə, Vəfa Hacızadə, Nizami Qurbanov, Günel Abbaszadə, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli oynayıblar.

Tədbirin sonunda rejissor Abdulla Elşadlı bölgə teatrları ilə uğurlu əməkdaşlıq əlaqələri qurduğu və Lənkəran Dövlət Dram Teatrının tamaşanın orijinal quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir