“Avropalı diplomatları ölkədən çıxarmağa məcbur idik”
“İNFONEWS” “Azvision.az” -a istinadən xəbər verir.
Rusiya avropalı diplomatları ölkədən çıxarmağa məcbur idi.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya-1” telekanalının efirində deyib. O bildirib ki, diplomatların ölkədən çıxarılması ilə bağlı verilən qərar dövlətin daxili işlərinə müdaxiləyə cavab idi.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 23-də Moskvada və Sankt-Peterburqda qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatını persona non qrata elan etdiyini bildirib. Müvafiq qərarla əlaqədar hər 3 ölkənin səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağrılıb.