Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib.
Bu barədə “İNFONEWS” -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, nazir Kəmaləddin Heydərov tərəfindən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulu 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-dan keçiriləcəkdir.
Qəbula gələn vətəndaşların qeydiyyatı 23 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.