Azərbaycanda hava nəqliyyatı ilə idxal-ixrac yüklərinin daşınması azalıb

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 109 milyon 991 min ABŞ dolları dəyərində 936 ton idxal-ixrac yükləri daşınıb.

“İNFONEWS”  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33,9 % və 38 % azdır.

Ötən ay hava nəqliyyatı ilə 104 milyon 546 min ABŞ dolları (17,4 % az) dəyərində 822 ton (15,6 % çox) idxal və 5 milyon 444 min ABŞ dolları (4,5 dəfə az) dəyərində 114 ton (5,1 dəfə az) ixrac əməliyyatları həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir