“Yumşaq bacarıqlar: Peşəkar təqdimatların hazırlanması” mövzusunda təlim baş tutub

“Yumşaq bacarıqlar: Peşəkar təqdimatların hazırlanması” mövzusunda təlim baş tutub

“Academy Plato”nun qurucusu Aida Bayramova İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsilverənlər üçün “Yumşaq bacarıqlar: Peşəkar təqdimatların hazırlanması” mövzusunda təlim keçib.

“İNFONEWS” -a Mərkəzdən verilən məlumatda bildirilib ki, təlimdə yumşaq bacarıqların iş həyatına təsiri, auditoriyada daha səmərəli dərs mühitinin formalaşması, peşəkar təqdimatların hazırlanması üçün müxtəlif nümunələr və s. haqqında geniş söhbət aparılıb.

Həmçinin, Aida Bayramova peşə təhsilinin sənaye-təhsil əməkdaşlığı formatında inkişafında “Academy Plato”nun gələcək hədəflərindən və digər əməkdaşlıq imkanlarından bəhs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir