Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüşüb.
Bu barədə “İNFONEWS” -a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.