Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
“İNFONEWS” xəbər verir ki, günün ikinci matçında “Səbail” “Sabah”ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0. 52-ci dəqiqədə Aleksandr Ramalinqom hesabı açıb. 90+2-ci dəqiqədə Samir Abdullayev matçda son nöqtəni qoyub.
Xallarının sayını 34-ə çatdıran “Səbail” hələlik 4-cü pilləyə yüksəlib. Qonaqlar isə 31 xalla 7-ci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə “Neftçi” səfərdə “Turan Tovuz”la heç-heçə edib – 1:1. XXIV turun “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” matçları fevralın 25-də olacaq. Ötən gün “Kəpəz” “Qəbələ”ni məğlub edib – 2:1.