Şirinxanım Səmədova Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub.
“İNFONEWS” xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Qeyd edək ki, Səmədova Şirinxanım Vaqif qızı 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib.
Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov idi.