Premyer Liqa: “Turan Tovuz” – “Neftçi” oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

“İNFONEWS” xəbər verir ki, günün ilk matçında “Neftçi” “Turan Tovuz”un qonağı olub.

Tovuz şəhər stadionunda reallaşan qarşılaşma heç-heçə yekunlaşıb – 1:1. 72-ci dəqiqədə paytaxt klubunun heyətində Yeqor Boqomolski fərqlənib. 88-ci dəqiqədə Fərid Nəbiyev bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran “ağ-qaralar” ikinci sıradakı “Sumqayıt”a çatıb. Bölgə klubu hazırda 31 xalla 5-8-ci yerləri bölüşdürür.

Günün digər görüşündə “Səbail” “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, XXIV turun “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” matçları fevralın 25-də baş tutacaq. Ötən gün gerçəkləşən oyunda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir