Türkiyə terrora qarşı uğurla mübarizə aparır. Artıq Türkiyə daxilində terrorçu qalmayıb.
“İNFONEWS” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bütün çətinliklərə rəğmən, imperialistlərə, terrorçulara təslim olmayıb: “Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”.
Türkiyə söyləyib ki, terrorçulara qarşı mübarizədə müdafiə sənayəsi məhsulları, o cümlədən pilotsuz uçuş aparatları, qırıcı təyyarələr mühüm rol oynayır: “Arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyik”.