Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Parisə səfərə gedəcək.
“İNFONEWS” “L’Humanité” qəzetinə istinadla xəbər verir ki, Paşinyan Fransa Müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinin təkrar dəfn mərasimində iştirak edəcək.
Emmanuel Makron hələ ötən ilin iyulunda Paşinyanı Fransaya dəvət etmişdi.
Hələlik səfərlə bağlı rəsmi açıqlama yoxdur.