Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkarlanıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat verib.
Faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.