Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
“İNFONEWS” xəbər verir ki, günün ikinci matçında “Zirə” “Sumqayıt”ı qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
11-ci dəqiqədə qonaqlarda Rövlan Muradov penaltidən yararlana bilməyib. 42-ci dəqiqədə Qismət Alıyev 11 metrlik cərimə zərbəsini boşa verib.
Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” evdə “Qəbələ”ni məğlub edib – 2:1. Tura bu gün saat 19:30-da başlanacaq “Araz-Naxçıvan” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Səbail” “Kəpəz”ə qalib gəlib (4:1), “Qarabağ” – “Sabah” duelində isə qalib müəyyənləşməyib – 3:3.