Şimali Koreya bir neçə qanadlı raket buraxıb

Şimali Koreya şərq sahillərindən bir neçə qanadlı raket buraxıb.

“İNFONEWS” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Buraxılış saat 09:00 (Bakı vaxtı ilə 04:00) radələrində baş verib, raketlər Vonsandan şimal-şərqdə aşkar edilib. Onların sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir