Bakının 16 küçə və prospektində sıxlıq müşahidə olunur.
Bu barədə “İNFONEWS” a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
6. “20 Yanvar” dairəsində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
10. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
11. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
13. Zərifə Əliyeva küçəsində;
14. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
15. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
16. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.