İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi “Açıq qapı” tədbirində təmsil edilib
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi “Açıq qapı” tədbirində təmsil edilib.
“İNFONEWS” xəbər verir ki, Mərkəzin əməkdaşlıq etdiyi işəgötürən müəssisələrin nümayəndə heyətinin iştirakı ilə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin Peşə Təmayüllü Sinifinin təşkil etdiyi “Açıq qapı” tədbirində təmsil edilib.
Təhsil-sənaye əməkdaşlığından söz açan işəgötürən müəssisələrin nümayəndələri (Castle-Resort&Spa Hotel, “Topçu” Restoran, RED Electroniks) peşə təhsilinin son dövrlər gənclərin inkişafında xüsusi rol oynadığını, meyillərin fərqli bacarıqlar üzərində qurulduğunu və gələcəkdə də əməkdaşlığın daha da gücləndirilməsinin önəmindən bəhs ediblər.