Qış aylarında vitamin azlığını necə aradan qaldırmaq olar?

Qış aylarında vitamin azlığını necə aradan qaldırmaq olar?

 

Əhali arasında yayılan infeksiyalardan qorunmaq üçün nə etmək lazımdır? Hansı təbii qidalara üstünlük verilməlidir? Özümüzü necə qorumalıyıq?

Qış aylarında orqanizmdə vitamin azaldığı üçün immunitetit aşağı düşür və müxtəlif xəstəliklərə yoluxmaq asanlaşır.

“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 saylı tələbə poliklinikasının baş həkimi Adilə Ukalayeva tövsiyələrini paylaşıb.

Xəstəliklərdən qorunmaq üçün isə, ən əvvəl, əhalinin sıx olduğu yerlərdən uzaq durmalı, nəqliyyat vasitələrindən istifadə etdikdə özünüzü qorumaq üçün maskadan istifadə etmək məsləhətdir. İmmunitetin qalxması üçün isə təmiz havada gəzməli, fasiləli yürüşlər etmək lazımdır. Və əlbəttə ki, qidalanmağa xüsusi diqqət yetirilməlidir. Bunun üçün vitaminlərlə zəngin olan çiy meyvələrin, tərəvəzlərin istifadəsinə daha çox üstünlük verilməlidir.

Bu ərəfədə tərəvəz və meyvə salatları, təbii şirələrin mütəmadi qəbulu sizi xəstəliklərdən uzaq tutacaqdır.

Qeyd edim ki, qış aylarında təbiətdən günəş şüası az alındığı üçün əksər hallarda insanlar D-vitamini qıtlığından əziyyət çəkir. Onun azlığı halsızlıq, əzələ və oynaq ağrıları, depressiya, əlavə çəkialma, dişlərdə çürümə, dəridə quruluq ilə müşayət olunur.  Bunun üçün D- vitamininin zəngin olduğu qaraciyər, balıq, yumurta, göbələk, kərə yağı, göyərtilərdən cəfəri gündəlik qida rasionunda olmalıdır. Bundan əlavə D-vitamini yağ halında qəbul etmək də yerinə düşər.
Qanda D-vitamini 20 mg-dan aşağı olarsa, hər həftəsi 50 min doza olmaqla 8 həftə qəbul edilməsi zəruridir. Orqanizmdə D -vitamini 20 mg-dan yuxarı olarsa, gündəlik 800-1000 doza qəbul edilməlidir. Normalda 50-70 mg. arası D-vitaminini 2 həftə yeməklə bərabər içilməlidir.
D-vitamini CA və Mg ilə birgə qəbul edildikdə orqanizmə daha yaxşı sovrulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir