“Apple” süni intellekt texnologiyalarını inkişaf etdirəcək
Texnologiya nəhəngi “Apple” öz elektromobilini yaratmaq ideyasından imtina etmək, bu istiqamətdə bütün işləri dayandırmaq və diqqətini süni intellekt texnologiyalarının inkişafına yönəltmək qərarına gəlib.
“İNFONEWS” -un “Bloomberg” agentliyindən əldə etdiyi məlumatına görə, elektromobilin yaradılması üzərində işləyən “Special Projects Group” komandasının bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək.
Qeyd edək ki, “Apple” mütəxəssisləri layihə üzərində 2014-cü ildən işləməyə başlayıblar. Konsepsiyada elektromobilin adi sükan çarxının və pedalların olmayacağı nəzərdə tutulurdu. Avtomobildə hərəkətin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sistemi hazırlanmışdı.